“Barselona”dan növbəti xal itkisi

12 May 2021 01:53 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında “Osasuna” doğma meydanda “Kadis”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər. “Elçe” “Alaves”i qəbul edib və iki cavabsız qolla uduzub.

“Barselona” isə “Levante” səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.

İspaniya La Liqası

36-cı tur

11 may

Osasuna – Kadis 3:2

Qol: Budimir, 38; 75. Torres, 86 – Saponyiç, 49-pen. Perea, 90+1.

Elçe – Alaves 0:2

Qol: Xoselu, 40. Rioxa, 54.

Levante – Barselona 3:3

Qol: Melero, 57. Morales, 59. Leon, 83 – Messi, 85. Pedri, 34. Dembele, 64.

12 may

21:00 Sevilya – Valensiya

22:00 Hueska – Atletik

22:00 Selta – Xetafe

00:00 Atletiko – Real Sosyedad

13 may

21:00 Valyadolid – Vilyarreal

22:00 Eybar – Betis

00:00 Qranada – Real