Nyu Yorkda İsrail və Fələstin tərəfdarları arasında toqquşma baş verib

12 May 2021 06:26 (UTC+04:00)

Bu həftə Yaxın Şərqdə baş verən şiddətli hücumlardan sonra ABŞ-ın Nyu York şəhərində İsrail və Fələstin tərəfdarları arasında toqquşma baş verib.

SİA yerli “Foxnews” telekanalına istinadən xəbər verir ki, Nyu York polisi bir-birinə fiziki güc tətbiq edən qrupları ayırmağa çalışıb.

Qeyd edilib ki, Fələstini dəstəkləyən daha böyük etirazçı qrup küçələrə çıxaraq yürüş keçirib. Təhlükəsizlik tədbiri olaraq, İsrailin şəhərdəki Konsulluğunun işçiləri evlərinə göndərilib.