İsrail hərbçiləri onlara avtomobildən atəş açan iki fələstinlini zərəsizləşdirib

12 May 2021 00:20 (UTC+04:00)

İordan çayının qərb sahilində Nablus şəhərində İsrail hərbçiləri onlara avtomobildən atəş açan 2 fələstinlini zərəsizləşdirib.

SİA-nın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti xəbər dərc edib.

Hücum zamanı hərbçilər arasında itkinin olmadığı bildirilib.

Hərbçilərin cavab atəşi nəticəsində yaralanan fələstinlilər həbs olunub.