İsrail və Fələstin qüvvələri arasında GƏRGİNLİK

11 May 2021 21:31 (UTC+04:00)

Müqəddəs Ramazan ayında yaşanan gərginlikdən sonra üç səmavi din üçün müqəddəs sayılan Qüds şəhərində İsrail ordusu ilə Fələstin qüvvələri arasında həyata keçirilən raket hücumlarında ən az 28 nəfər həyatını itirib. SİA xəbər verir ki, İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarında ən az 26 fələstinli və iki israilli öldürülüb. İsrail ordusu Məscidi-Əqsa və həyətində toplanan müsəlmanlara gözyaşardıcı qaz atdıqda, fələstinlilər qarşılıq olaraq daş atmaqla cavab veriblər.