“Fədakar erməni oğulları”na erməni tövsiyəsi... - SARKAZM

11 May 2021 17:02 (UTC+04:00)

Deyirlər, "oğru evə girdikdən sonra, ilk olaraq qapıya açar salar". Yəni, bu artıq mənimdir. Əslində, bu deyim, elə bil məhz ermənilər üçün deyilib. Təbii ki, mən burada onların həyasızlığı, xainliyi barədə nəsə yeni bir fikir söyləmək fikrində deyiləm.

...Mətləbə keçək. Beləliklə, ötən gün bir qrup erməni Xankəndidə yığılaraq Şuşanın “itirilməsi” ilə bağlı “tədbir” keçiriblər. “Tədbir”də ötən günləri xatırlayıb “imdad diləyən” həmən beş-altı nəfərlik erməni, bu dəfə “böyük erməni xalqına” müraciət ünvanlayaraq onları düşdükləri şok və ümummilli kədərdən qurtulmağa çağırıblar.

“Ölənnən ölmək olmaz” -deyib 44 günlük müharibədən canlarını güclə qurtarıb aradan çıxan “fədakar erməni oğulları”na daha qorxub qaçmamalarını tövsiyə ediblər. Onlar öz “müdrik” tövsiyələrində “Qafqazın Parisi” olan Şuşa “itkisindən” “üzüldükləini”, amma dünyada ancaq erməni xalqına məxsus olan “məğrurluğu” hələ də qoruyub saxladıqlarını da bəyan ediblər.

Yeri gəlmişkən, burada yadıma şifahi xalq ədəbiyyatımızdan bir lətifə düşür. Lətifədə deyilir ki, bir nəfərin evinə qonaq gəlir. Ev sahibinin arvadı qonağa “xoşgəldin” edib mətbəxdə xörək hazırlamaqla məşğul olur. Evin kişisi isə oturub qonaqla söhbət edir. Xörəyin gec hazırlandığından narahat olan evin kişisi mətbəxə keçib arvadı ilə savaşır. Əsəbləşən arvad əlindəki kəfkirlə vurub ərinin başını yarır. Sonra evdə qonaq olduğunu nəzərə alaraq onun başından axan qanı yuyur, yarasını sarıyıb, qonağın yanına göndərir.

Qonşu otaqda oturub hay-küyə qulaq asan qonaq ev sahibinin başısarıqlı, pərt halda yanına qayıtdığını görüb ona ürək-dirək vermək üçün deyir:

- Rəhmətliyin oğlu, heç ürəyini sıxma, burada utanmalı bir iş yoxdur. Sənin arvadın hələ toya getməlidir. Bizim yerdə arvadlar hər kiçik şeydən ötrü ərlərinin saqqalından tutub sürüyürlər.

Qonaqdan bu sözləri eşidən ev sahibi özünü tox tutaraq deyir:

-Yox, canım, sənin ağlın öz arvadlarınıza getməsin. Mən hələ saqqalı ələ verməmişəm.

...Məsələ bundadır ki, dünən burunları ovulan, girməyə dəlik axtaran ermənilər, bu gün özlərini o yerə qoymayıb, yenidən həyasızlıqlarını büruzə verməyə “çalışırlar”.

Məsələn, bu gün onların Azərbaycan Mədəniyyətinin Mərkəzi sayılan tarixi bir şəhərin - Şuşanın “ermənilərə məxsusluğu”nu iddia etmələri isə ermən həyasızlığının daha bir bariz nümunəsidir.

...Bu yerdə, yadıma erməni yazıçısı Mikael Nalbandyanın özləri barədə dedikləri yadıma düşür. Nalbandyan yazırdı ki, mən ermənilərin yaşadığı bir çox yerləri gəzmişəm. Daim xalis erməniyə aid olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməyib...

Ağasəf Babayev