Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar FOTO

11 May 2021 16:07 (UTC+04:00)

Jurnalistlər Qubadlı rayonunun Qəzyan kəndində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı ilə tanış olublar.

SİA-nın məlumatına görə, tibb müəssisəsi hər cür şərait və avadanlıqla təmin olunub. Burada hərbçilərimiz üçün stomatoloji, cərrahiyyə, ultrasəs müayinəsi otağı və digər müxtəlif təyinatlı müalicə və müayinə otaqları yaradılıb.