Moldova mətbuatında Heydər Əliyev Fondu ilə bağlı MƏQALƏ DƏRC OLUNUB

11 May 2021 15:40 (UTC+04:00)

Moldovanın nüfuzlu və böyük oxucu auditoriyasına malik "TRİBUNA" informasiya portalında Moldova Demokrat partiyasının sədri Dmitri Dyakovun Ümummilli lider Heydər Əliyevin doğum günündə yaradılan Heydər Əliyev Fondunun ildönümünə həsr olunmuş məqələsi dərc edilib. SİA-nın verdiyi məlumata görə, məqalədə Moldovalı deputat Fondun ötən 17 ildə ölkəmizin ictimai-siyasi həyatında mühüm rolu, genişmiqyaslı fəaliyyəti, qurumun beynəlxalq səviyyədə qazandığı nüfuz, Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi misilsiz xidmətləri sayəsində Fondun əldə etdiyi uğurlar barədə bəhs edir.

"Humanizm və mərhəmət, yüksək peşəkarlıq, fədakarlıq, böyük təşkilati istedad və idarəetmə təcrübəsi ona həm Azərbaycanda, həm də xaricdə böyük hörmət qazandırıb. Prezident İlham Əliyevin etibarlı silahdaşı olan Mehriban Əliyeva ölkənin çiçəklənməsinə və inkişafına misilsiz dərəcədə böyük töhfə verir. Təsadüfi deyil ki, onun fəaliyyəti yüksək dövlət və beynəlxalq mükafatlar ilə qiymətləndirilmişdir", - deyə Dmitri Dyakov bildirib.

Bundan əlavə, Moldovalı millət vəkili Fondun həyata keçirdiyi beynəlxalq layihələrdən söz açır, o cümlədən Moldovanın Qaqauziya ərazisində Fond tərəfindən inşa edilən mədəniyyət və təhsil mərkəzinə toxunur. O bu layihənin Moldova ilə Azərbaycan arasında humanitar əlaqələrin vacib tərkib hissəsi olacağına əminlik bildirir.
Sonda Dmitri Dyakov ötən ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək tarixi ədalətin bərqərar olduğunu, azad edilmiş ərazilərdə böyük bərpa-inşa işlərinin aparıldığını qeyd edərək, bu işlərdə o cümlədən Heydər Əliyev Fondunun əvəzolunmaz roluna toxunur. Fondun və şəxsən Mehriban Əliyevanın töhfəsi nəticəsində Azərbaycanın Qarabağdakı dini və mədəniyyət abidələrinin, qədim memarlıq binalarının ikinci həyat tapacaqlarina əmin olduğunu vurğulayır.

Qeyd edək ki, məqalənin müəllifi Dmitri Dyakov 1998-2001-ci illərdə Moldova Parlamentin spikeri vəzifəsini tutub. 2009-cu ildən Moldova Demokrat partiyasının fəxri sədridir. Hazırda Moldova parlamentində Demokrat partiyasının fraksiya rəhbəridir.

Məqalə Moldovanın digər informasiya saytlarında da dərc olunub.

Məqalə ilə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür.

https://tribuna.md/ru/2021/05/10/ru-к-годовщине-фонда-гейдара-алиева/

https://noi.md/ru/obshhestvo/diyakov-dostizheniya-fonda-gejdara-alieva-i-lichnaya-roli-mehriban-alievoj-v-zhizni-sovremennogo-azerbajdzhana-besprecedentny?prev=1