Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub Sergey Lavrov

11 May 2021 14:04 (UTC+04:00)

Bütün humanitar məsələlər maksimum operativ həll olunmalıdır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O bildirib ki, bu, həm həlak olanları meyitlərinin qaytarılmasına, həm də minalanmış ərazilərin xəritəsinə aiddir: "Bu məsələ Yerevanda müzakirə olunub. İlkin addımlar atılıb. Hesab edirik ki, bu məsələ tezlikllə həll olunacaq".