Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır Lavrov

11 May 2021 13:57 (UTC+04:00)

Kommunikasiyaların bərpası məsələsi bütün maraqlı tərəflərin, təkcə Azərbaycanla Ermənistanın deyil, həm də qonşu ölkələr qismində Rusiya, Türkiyə və İranın mövqeyi nəzərə alınaraq həll olunur.

SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.