NATO PA nəyi müzakirə edəcək?

11 May 2021 13:46 (UTC+04:00)

NATO Parlament Assambleyasının üzvləri mayın 14-dən 17-dək keçiriləcək onlayn iclasda Rusiya ilə münasibətləri, Belarusdakı vəziyyəti və Aralıq dənizindəki təhlükəsizliyi müzakirə edəcəklər. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Bundestaqının press-relizində məlumat verilir.

"14-17 may tarixlərində keçiriləcək NATO Parlament Assambleyasının iclasının gündəliyinə Rusiya Federasiyası ilə münasibətlər, NATO-nun Aralıq dənizi bölgəsindəki təhlükəsizlik gündəmi, Çin müdafiə strategiyasının təsiri və Belarusiyadakı vəziyyətlə əlaqəli iqtisadi və diplomatik problemlər daxil edilib”, deyə press-relizdə bildirilir.