Aktoyumuz beynəlxalq festivalın təşəkkürnaməsini qazanıb

11 May 2021 13:30 (UTC+04:00)

Hal-hazırda Xəzər televiziyasında hər cümə, saat 20:00 da yayımlanan "Sayrışan işıqlar" serialının qəhrəmanlarından olan Dövlət Pantomima teatrının aktyoru, respublikanın əməkdar artisti, təlimçi Elman Rəfiyev təşəkkürnamə ilə təltiflənib. SİA-nın verdiyi məlumata əsasən festival 27 mart - 25 aprel tarixlərində İstanbulda keçirilib.

Sevilən aktyor Online Qısa Performanslar Festivalı 2021-ə əməyinə görə təltiflənib. Təşəkkürnamədə eləcə də, festival təşkilatçıları Elman bəyə diləklərini də bildiriblər: "Tezliklə səhnələrdə görüşmək diləyi ilə".

Aktyor sosial şəbəkədə "Hər bir təlim mənə çox maraqlıdır, insanlarla ünsiyyətdə olmaq, danışmaq, bölüşmək, yol göstərmək, məsləhət vermək, öyrənməkdən, daha gözəl nə ola bilər" deyə vurğulayıb.

Gülər Səfərova