Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr Planı imzalanıb FOTO

11 May 2021 13:01 (UTC+04:00)

Azərbaycan və Rusiya Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.

SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhu Bayramov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkələr arasında münasibətlər strateji xarakter daşıyır:

"Hazırda ölkələr arasında müxtəlif sahələr üzrə 230-dan çox saziş imzalanıb. Bu proses müxtəlif strukturlar, nazirliklər və digər qurumlar arasında inkişaf etməkdədir".

Nazir mövcud sazişlər arasında dostluq və strateteji tərəfdaşlıq, dövlət sərhədi barədə sənədləri qeyd edib.