Sağlamlığa zərərli moda vərdişləri

11 May 2021 12:25 (UTC+04:00)

Gündəlik həyatda istifadə etməkdən zövq aldığınız paltar və aksesuarların sağlamlığınıza zərər verdiyini bilirdinizmi? SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün moda həyatımızın mərkəzindədir! Aksesuarlarından ayaqqabılarına qədər bizi bir çox cəhətdən təmin edir. Kənardan gözəl görünsə də, hər şeyi dəbdə təqlid edib gündəlik həyatda istifadə etməyimiz əslində sağlamlığımıza zərər verir.

Dar geyinmək

Günümüzün ən populyar moda üslublarından biri dar şalvardır. Həddindən artıq dar geyim qan dövranına təsir göstərir. Bu məhsullar varikoz damarlarına da səbəb ola bilər. Xüsusilə, kişilərdə cinsi sağlamlıq problemlərinə səbəb ola biləcək dar paltarları geyinməzdən əvvəl bir dəfə daha düşünmək lazımdır.

Süni dəri

Dəri gödəkçə və şalvar hər dövrün modasıdır. Həmçinin, dəri məhsullarının quruluşu son dərəcə vacibdir. Süni dəri məhsulları uzunmüddətli istifadədə dəridə ciddi problemlərə səbəb ola bilər. Bu məhsulların istehsalında kimyəvi maddələrdən istifadə edildiyi üçün həm keyfiyyətsiz, həm də zərərli olduğunu söyləmək mümkündür. Təəssüf ki, süni dəri məhsulları həqiqi dəri məhsullarından daha ucuz qiymətə satıldığı və əyani aldatmalarla bəzəndiyi üçün ən çox satılan məhsullar sırasındadır.

Saxta eynəklər

Göz sağlamlığı son dərəcə vacibdir. Bəzi eynəklər ucuz istehsal dəyəri səbəbindən optik şüşə istifadə etmək əvəzinə mika və plastik istehsalından əldə edilən təqlid şəklində bazardadır. Bu eynəklər şık bir görkəmə sahib olsa da, göz sağlamlığına zərərli quruluşdadır. Qoruyucu olmaması səbəbindən günəşin gözlə təmasını maneə törətmir və bu şüaları daha zərərli edə bilər.

Hündürdaban və düz ayaqqabılar

Modanın vacib elementlərindən biri olan ayaqqabıların görünüşlərinə diqqət yetirilərək üstünlük verilir. Qadınlar rahatlıq və ortopediyaya uyğun olaraq uyğun ayaqqabı modelini seçməlidirlər. Çox yüksək topuqlu və ya düz dabanlı ayaqqabılar duruş, bel yırtığı və bel ağrısı kimi problemlərə səbəb ola bilər.

Saxta zərgərlik məhsulları

Qadınların vazkeçilməz aksesuarlarından biri olan zərgərlik dəbin bir parçası olsa da, alarkən nəzərə alınması lazım olan məhsullardandır. Təqlid zərgərlik dərinin tökülməsindən qaşınmağa, allergiyadan ekzemaya qədər ciddi sağlamlıq problemlərinə səbəb olur.

Ayşən Vəli