Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub

11 May 2021 12:01 (UTC+04:00)

Rusiyada məktəbdə baş vermiş atışma nəticəsində 9 nəfər həlak olub. SİA-nın məlumatına görə, daha 4 nəfər xəsarət alıb.

Ölənlərdən 8 nəfəri şagird, biri müəllim olub.

Qeyd edək ki, Tatarıstanın Kazan şəhərində məktəblərin birində atışma baş verib. Hadisəni törədən 17 yaşlı yeniyetmə saxlanılıb.

Hadisədən sonra Kazanın digər məktəblərində təhlükəsizlilk tədbirləri gücləndirilib.