Rahat olmaq üçün doğum çantasını əvvəlcədən hazırlamaq lazımdır. Bəs, bu çantada nə olmalıdır? Doğuş çantası nə vaxt hazırlanmalıdır? SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssis Ebru Gözer, ehtiyacların siyahısının doğumdan ən az iki həftə əvvəl hazırlanmalı və bir çamadanda toplanmalı olduğunu deyib. Körpə gəlməyə qərar verən kimi, gələcək ana və ata hazır olmalıdır.
Doğum çantasında olacaq əşyalar
Ana üçün:
Süd verməyi asanlaşdırmaq üçün ön düyməli gecə köynəyi və ya pijama dəsti
Səhər donu
Mövsümə görə qalın və ya nazik corablar
Rahat ayaqqabı növü
Alt paltarları
Sinə kremi
Şəxsi qulluq üçün lazımlı materiallar
Xəstəxanadan çıxarkən geyəcəyiniz paltar və ayaqqabı
Şəxsiyyət vəsiqəsi və tibbi sığorta kartı
Körpə üçün:
Dəst geyim (mövsümə uyğun olaraq seçilməli, yuyulmalı, markaları kəsilməli və ütülənməlidir. Yayda qolsuz, qışda uzun qollu alt paltar ola bilər)
Uzun qollu kombinezon və ya alt üst dəst,
Pambıq corablar
Əlcəklər
Papaq
Jaket
Soyuq qış ayları üçün kombinezon
Körpə yorğanı
Uşaq arabası
Uşaq yağı, incə pambıq parçadan hazırlanmış ağız salfetləri, uşaq bezi
Ayşən Vəli