Ən uzun və ən qısa Oruc saatı

11 May 2021 10:20 (UTC+04:00)

Bu il Ramazan ayında imsak və iftar arasındakı müddətlər müxtəlif ölkələrdə çox fərqli aralıqlarla yadda qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ən uzun oruc müddəti İslandiyada olub.

Xatırladaq ki, İslandiyanın 360 min əhalisi var və ölkədə cəmi 1500 nəfərə yaxın müsəlman yaşayır.

Bu il Ramazan ayında imsak və iftar arasındakı ən uzun müddət İslandiyanın Reykvaik şəhərində olub -16 saat;53 dəqiqə.

Ən qısa oruc müddəti isə Argentinanın Uşuaya şəhərində olub -12 saat;12 dəqiqə .