Abşeron rayonunda "Renault" yanıb

11 May 2021 09:15 (UTC+04:00)

Abşeron rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonda “Renault” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yüksək temperaturdan avtomobilin salonu qismən qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.