Çində yanğınsöndürən helikopter qəzaya uğradı

11 May 2021 09:01 (UTC+04:00)

Çinin cənub-qərbindəki Yunan əyalətinin Dali şəhərində yanğınsöndürən helikopter qəzaya uğrayıb.

Bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

Helikopter su götürmək manevrini düzgün həyata keçirməyib və Erhay gölünə düşüb.

Hadisə nəticəsində helikopterdə olan dörd ekipaj üzvünün hamısı ölüb.