İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb

11 May 2021 07:34 (UTC+04:00)

Şərqi Qüdsdə İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda yaralanan fələstinlilərin sayı 612 nəfərə çatıb.

SİA-nın məlumatına görə, bu barədə "Al-Quds" qəzeti Fələstin Qızıl Aypara cəmiyyətinin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, gün ərzində Qüdsün Məbəd Dağı və Köhnə şəhər ərazisində ən azı 612 fələstinli yaralanıb.

Qeyd edək ki, qəzetin axşam saatlarında verdiyi məlumata görə, İsrail hüquq-mühafizə orqanları əl-Əqsa məscidində ibadət edənləri zorla qovub. Məlumata əsasən, İsrail polisi onları gözyaşardıcı qaz, rezin güllələr və səs bombası istifadə edərək zorla Əl-Əqsən məscidini tərk etməyə məcbur edib.