"Mançester Yunayted" Edinson Kavani ilə yeni müqavilə imzalayıb

11 May 2021 03:21 (UTC+04:00)

"Mançester Yunayted" futbolçusu Edinson Kavani ilə yeni müqavilə imzalayıb.

SİA klubun saytına istinadən xəbər verir ki, uruqvaylı hücumçu ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddəti 2022-ci ilin iyununa uzadılıb.

Qeyd edək ki, Kavani ötən ilin oktyabrında azad agenti kimi Mançester təmsilçisinə keçib. O, son 7 matçda 8 qol vurub, 3 qolun ötürməsini verib.