Böyük Britaniyada son sutka ərzində 4 nəfər koronavirusdan həyatını itirib

11 May 2021 02:53 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 2357 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 437 217 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 4 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 609 nəfərə çatıb.