"Salernitana" İtaliya A seriyasında oynamaq hüququ qazanıb - 23 ildən sonra

11 May 2021 02:04 (UTC+04:00)

"Salernitana" yeni mövsümdən İtaliya A seriyasında oynamaq hüququ qazanıb.

SİA xəbər verir ki, komanda İtaliya B seriyasının son turunda "Peskara"ya 3:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu nəticə ilə xalını 69-a yüksəldən Fabrizio Kastorinin baş məşqçisi olduğu komanda B seriyasını 2-ci pillədə tamamlayıb və çempion "Empoli"dən sonra elitaya vəsiqə qazanan ikinci komanda olub.

Qeyd edək ki, "Salernitana" sonuncu dəfə A seriyasında 1997/1998 mövsümündə oynayıb.