İsraildə həyəcan siqnalı Roketlər atıldı

10 May 2021 22:13 (UTC+04:00)

Qəzza zolağından Qərbi Qüdsə və Beyt Şəms şəhərinə 6 raket atıldığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum üçün məsuliyyəti Həmas öz üzərinə götürub.

Qəzza zolağından Qərbi Qüdsə və İsrailin mərkəzi hissəsindəki Beyt Şəms şəhərinə raket atması ilə Fövqəladə Hallar Nazirliyi israilliləri sığınacaqlara enməyə çağırıb. İsrail parlamenti (Knesset) boşaldılıb. İsrail millət vəkilləri Knessetdən çıxarılıb və sığınacaqlara aparılıb.

Zərdüşt Quluzadə