Lavrovun Bakı səfərinin PROQRAMI AÇIQLANDI

10 May 2021 13:13 (UTC+04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Bakıda səfərdə olacaq. SİA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. "10-11 may tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır", - deyə məlumatda qeyd edilib.