Daha 24 nəfər koronavirusdan ölüb GÜRCÜSTANDA

10 May 2021 12:40 (UTC+04:00)
Gürcüstanda son sutkada daha 549 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 322 468 nəfərdə aşkar olunub, ümumi ölüm sayı isə 4 305 təşkil edir. Ötən 24 saat ərzində xəstəlikdən 1 439, ümumilikdə isə 302 428 nəfər müalicə olunaraq sağalıb.