"Qarabağda yaşıl enerji zonasının yaradılması ilə bağlı iş gedir” - NAZİR AÇIQLADI
10 May 2021 12:03 (UTC+04:00)
Qarabağda yaşıl enerji zonasının yaradılması ilə bağlı işlər gedir. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda Qarabağ regionunda günəş və külək elektrik stansiyaları ilə bağlı işlər aparılıb. P.Şahbazov qeyd edib ki, regionda təsis edilən enerji mənbələri yaşıl enerjidən ibarət olacaq.