Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib FOTO-VİDEO

10 May 2021 11:37 (UTC+04:00)

Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qurumun rəhbərliyi Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.