Prezident Ulu öndərin Naxçıvanda ucaldılan abidəsini ziyarət edib

10 May 2021 11:21 (UTC+04:00)
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. SİA xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad etdi.