İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komanda məlumdur

10 May 2021 05:53 (UTC+04:00)

İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komanda bəlli olub.

SİA xəbər verir ki, bu, "Vest Bromviç"dir. Komanda 35-ci turda "Arsenal"a 1:3 hesabı ilə uduzub və 26 xalla 19-cu pillədə qərarlaşıb. Yarışın bitməsinə üç tur qalmış "Vest Bromviç" elitada qalmağa imkan verən 17-ci pillədəki "Bernli"dən 10 xal geri qalır. Bu isə o deməkdir ki, komanda son turlarda qələbə qazansa belə, yüksək liqanı tərk edəcək.

Qeyd edək ki, bundan əvvəl "Şeffild Yunayted"in Premyer Liqadan ayrılacağı dəqiqləşib.