Nigeriyada gəmi batması nəticəsində 29 nəfər boğularaq ölüb

10 May 2021 03:09 (UTC+04:00)

Nigeriyanın eyniadlı ştatının şərq hissəsində Şiroro bölgəsində axşam saatlarında gəmi batıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Fövqəladə Halların İdarəetmə Agentliyinin rəhbəri Əhməd İnqa bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 29 nəfər boğularaq ölüb.