Azərbaycanlı repçi və müğənni "O səs Türkiyə-Rap"da​ FOTOLAR

10 May 2021 00:21 (UTC+04:00)

Yeni mövsümdən Exxen-platformalarında yayımlanmağa başlayan "O səs Turkiyə-Rap" yarışması iştirakçı və jüriləri ilə diqqət çəkməyə davam edir. SİA-nın verdiyi məlumata görə, Jüri heyətində bu il məşhur ulduz Hadisə qalmağa davam edərkən onunla yanaşı digər üç jürinin başqa sənətçilərlə dəyişdirilməsi yarışmaya daha çox rəng qatır. Jürilər- Mero (Enes Meral ), Eypio (Abdurrahim Akça), Murda (Öndər Doğan)dır.
Yarışma yalnız jüriləri ilə deyil, həm də yarıçmacıları ilə də gündəmdədir. Diqqət çəkənlər içində Azərbaycanlı repçi və müğənni Sheyh Ree( Şəhriyar Ramazanzadə) də var. Repçi "O səs Türkiyə-Rap" səhnəsini ifası ilə fəth edib desək daha doğru olar. "Para babası" repi ilə jüri heyətini özünə heyran buraxan Rheyh Ree geyim tərzi, səhnə hərəkətləri və peşəkarlığı ilə də növbəti uğuruna imza atıb. İfasının elə ilk dəqiqələrindən və repinin ilk sətirlərindən "Bakıdan İstanbula merhaba merhaba! Ben para babası" deyərək jürinin diqqətini cəlb edib və onları düyməni basmağa razı salıb.

Qeyd edək ki, onun salamlama şəkli, ifa tərzi və eləcə də repin ritminin təsirinə düşən jürilərin əyləncəli anları, rəqsləri də diqqətdən qaçmayıb.

Gülər Səfərova