Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib

9 May 2021 22:59 (UTC+04:00)

Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib.

SİA xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat verib.
O, revmatizmdən əziyyət çəkən Əməkdar artistin bu gün yenidən vəziyyətinin pisləşdiyini deyib: "Zöhrə xanım xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağırdır".

Qeyd edək ki, Z.Abdullayeva bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.