Türkiyəli aktrisa son fotoları ilə Hadisəyə bənzədilib FOTOLAR

9 May 2021 19:11 (UTC+04:00)

Qardaş dövlət Türkiyədə hal-hazırda gündəmdə olan "20 years Challenge" trendi sosial şəbəkələrdə hər kəsin diqqətini çəkməyə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, türkiyəli aktrisa Pınar Altuğ bir neçə gün əvvəl bu trendə qoşularaq şəxsi "Instagram" hesabından öz gənclik fotosunu paylaşaraq pərəstişkarlarını çox sevindirib.

Pınar Altuğ bununla da kifayətlənməyib yaxın saatlarda bir neçə foto daha paylaşaraq gündəmi alt-üst edib. Cazibədar geyimləri, yeni saç rəngi, üz quruluşunda etdiyi dəyişikliklərlə diqqət çəkib. 20 ildə necə gözəlləşdiyini hər kəsə sübut edib.

Hətta bu fərqli və cazibədar görünüşü ilə aktrisa məşhur türk starı Hadisəyə çox bənzədilib.

Gülər Səfərova