Respublika Veteranlar Təşkilatında təntənəli tədbir keçirilib FOTO

9 May 2021 16:28 (UTC+04:00)

Mayın 9-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 9 May - Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hərbi vətənpərvərlik mahnılarının sədaları altında keçirilən tədbir veteranlarla yanaşı, ətraf ərazidə yaşayan vətəndaşların da böyük marağına səbəb olub.

Tədbir iştirakçıları qarşısında çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibəti ilə xalqımızı təbrik edib. O, həm İkinci Dünya müharibəsi, həm də Vətən müharibəsi iştirakçılarının hər zaman minnətdarlıq hissi ilə xatırlanacağını vurğulayıb.

Tədbir bayram süfrəsi arxasında davam edib.