Yaponiyanın xəbər agentliyi qolun möhtəşəmliyindən danışdı

9 May 2021 11:21 (UTC+04:00)

Yaponiyanın nüfuzlu Kyodo agentliyi Keysuke Hondanın "Neftçi"nin heyətində ikinci qolunu vurması barədə yazıb. SİA xəbər verir ki, "Honda "Neftçi"nin tərkibində ikinci ardıcıl oyunda fərqlənib" adlı yazıda mayın 8-də "Səbail" klubu ilə keçirilən oyunda yapon futbolçunun 72-ci dəqiqədə vurduğu qolla hesabı 3:0-a çatdırdığı qeyd edilib. Bildirilib ki, "Bayıl Arena"da keçirilən oyun 4:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Yazıda bunun yapon futbolçunun mayın 4-də səfərdə "Keşlə" klubu ilə oyunda vurduğu ilk qoldan sonra ikinci qol olduğu da bildirilib. Həmin oyunun "Neftçi"nin xeyrinə 3:0 hesabı ilə başa çatdığı xatırladılıb.

Məqalədə K.Hondanın "Neftçi" klubu ilə müqaviləni cari ilin martında imzaladığı və bununla Azərbaycan klubunun onun idman karyerasında yeddinci peşəkar klub olduğu qeyd edilib.