ABŞ-da yaşayış evində silahlı insident baş verib,

9 May 2021 06:59 (UTC+04:00)

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yaşayış evində silahlı insident baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Şəhər polisinin bildirdiyinə görə, sözü gedən ünvanda atışma və yanğınla bağlı məlumat daxil olub.

Polis əməkdaşı Coy Stuart bildirib ki, dərhal hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib: “Təhlükə zərərsizləşdirilib, yanğın söndürülüb”.

Atəş açan şəxs barədə təfərrüatlar açıqlanmayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralının isə həyatı üçün təhlükə yoxdur.

Daha bir silahlı insident Nyu-Yorkda"Times" meydanında baş verib.

Atışma nəticəsində azı üç nəfərin yaralandığı bildirilib.