Çinin raket daşıyıcısının ikinci qolunun dağıntıları

9 May 2021 08:52 (UTC+04:00)

Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında - Bakı vaxtı ilə 6.24-də orbitdən endirilib.

Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.