Ev üsulu 4 növ saç baxım kremi

8 May 2021 18:27 (UTC+04:00)

Saç kremi və lasyonlarda paraben, silikon və ya parafinsiz alternativlərə üstünlük vermək daha təhlükəsizdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yumşaq və ipək saçlara sahib olmaq istəyirsinizsə, evdə hazırlayacağınız 4 təbii saç baxım kreminin reseptinə baxın!

Ənənəvi kremlər dəri içərisinə məsamələrdən nüfuz edən, qan dövranına daxil olan kimyəvi maddələr və digər neft məhsulları ehtiva edir ki, bu da qısa müddətdə sağlamlığınıza zərər verə bilər. Lakin, bu maddələr istifadədən dərhal sonra qənaətbəxş nəticə verir. Ancaq, mütəmadi olaraq eyni baxım məhsulundan istifadə etdikdən sonra saçlarınız daha tez çirklənir. Uzun müddətdə bu kremlər sebum istehsalını dəyişdirir, yəni dəri yağlandırır, saç uclarınız quruyur və follikülləriniz yağlanır.

Alma sirkəsi

Saç quruyanda sirkə qoxusu itsə də, durulamadan əvvəl seçdiyiniz bir neçə damcı yağ (lavanta, naringi, nanə və s.) qarışdıraraq saçlarınızın qoxusunun qarşısını ala bilərsiniz.

Necə tətbiq olunur?

Bu təbii maskanı tətbiq etmək üçün sprey şüşəsinə 3/4 sirkə və 1/4 su əlavə edin. Həmişə şampundan sonra istifadə edin.

Kokos yağı

Kokos yağı normal və ya ayrılmış uclu quru saçlar üçündür. Bu üsuldan salonda tez-tez müalicə olunan saçlar üçün istifadə olunur. Bu maskanı yuyulmadan bir neçə saat əvvəl yaş saça tətbiq edin. Nəticədə, saç tellərini yaxşı bəslənəcək və duşdan sonra saçınız yağlı qalmayacaq. Saçların ortasından uclarına qədər həftədə bir və ya iki dəfə tətbiq edin.

Yumurta sarısı və limon suyu

Bu maddələrin birləşməsi istənilən saç tipini düzəltmək üçün idealdır. Xüsusilə, yağlı və ya düz saçlar bu təbii maska reseptindən çox faydalanacaq. Yumurta sarısı saç follikülünü dərindən qidalandıran yağla zəngindir. Tərkibindəki vitaminlər (A, B12, B6, B2, B1, D, E vitaminləri və fol turşusu) sayəsində saçlarınız üçün qidalandırıcı bir kokteyldir. Limon suyu saçınıza parlaqlıq qatır. Bununla birlikdə, saç liflərini tamamilə quruda biləcəyi üçün tək istifadə etməməlisiniz. Buna görə bu iki maddənin birləşməsi mükəmməl olar.

Necə tətbiq olunur?

1 çiy yumurta sarısını çırpın və yarım limonun suyunu əlavə edin. Ardından qarışığı saçınıza çəkin və bir müddət gözləyin. Duşda normal şampun ilə saçınızı yuyun.

Jojoba yağı

Jojoba yağı kosmetik istifadə üçün ən yaxşı maddələrdən biridir. Dərinin və saçın təbii sebumuna oxşar toxuma olan bitki yağı növüdür. Buna görə çox daha asan əmilir və dərin nəmləndirmə təmin edir.

Necə tətbiq olunur?

Saçınızı adi şampun ilə yuymazdan əvvəl az miqdarda jojoba yağı çəkin. Qurumağa və ya bölünməyə meylli saç uclarınız varsa, istənilən vaxt bu bölgələrə bir damla əlavə edə bilərsiniz.

Ayşən Vəli