ATƏT-in daimi nümayəndələri olan 11 ölkə İkinci dünya müharibəsində əldə edilən qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb və bəyanat yayan ölkələrin sırasında Ermənistanın da adı var. Maraqlıdır ki, İrəvanda faşist Qaregin Njdeyə abidə ucaldan, ölkənin bir sıra küçələrinə bu kollaborantın adını qoyan Ermənistan bəyanata qoşularkən bu vasitə ilə "öz ayağına güllə vurduğunu" sanmayıbmı?
SİA xəbər verir ki, mövzu ilə bağlı "Caliber" analitik informasiya resursuna müsahibə verən Rusiyanın Plexanov adına iqtisad universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" ekspertlər şurasının üzvü,hərbi analitik və siyasi şərhçi Aleksandr Perenciyevə görə, SSRİ-nin düşmənləri olmuş faşist nökərlərinin qəhrəmanlaşdırılması hətta Rusiyada da baş verir və bütün postsovet məkanında faşizmə qarşı müqavimət göstərmək lazımdır.
Politoloq: "Bu kimi məsələlərdə Azərbaycanı istisna etmək olar"
"Lakin bizim Ukraynada, Ermənistanda, Baltikyanı ölkələrində, hətta Rusiyada gördüklərimiz əksini göstərir. Yeri gəlmişkən, bu kimi məsələlərdə Azərbaycanı istisna etmək olar", deyən politoloq hesab edir ki, bu yalnız siyasi deyil, həm də mədəniyyət problemidir.
Ancaq buna baxmayaraq, Rusiyada faşist əlaltılarına abidələrin ucalmadığını deyən Perenciyev onu da etiraf edib ki, buna rəğmən, ölkədə bəzi hallarda faşizi təbliğ edən hallarla rastlaşmaq mümkündür. Məsələn, rus və fin hərbi, dövlət xadimi Karl Mannerqeymə Sankt-Peterburqda xatirə lövhəsi vurulub. O, əvvəllcə Rusiyanın İmperiya ordusu sıralarında xidmət aparıb, ancaq sonra Finlyandiya ordusunun ali baş komandanı olub və Sovet İttifaqına qarşı müharibə aparıb. Sonradan onun xatirə löhvəsi götürülsə də, bu hal baş verib.
Ermənistana və digər postsovet ölkələrinə gəlincəisə politoloq qeyd edib ki, problemlərdən biri də onlar nə qədər iddialar etsələr belə, həmin ölkələrin qədim tarixə malik olmamalarındadır. "Onlar qəhrəmanlar axtarırlar və onları Sovet İttifaqına qarşı döyüşən şəxslər arasından tapırlar. Ancaq bu ideoloji dalandır", Perenciyev bildirib.
Hərbi analitik: "Böyük hesabla onu nəinki Qarabağda, həm də Ermənistanda demontaj etmək lazımdır"
Qaregin Njdeyə Azərbaycanın Qarabağ bölgəsindəki abidəsi məsələninə toxunan rusiyalı hərbi analitik hesab edir ki, bu çox xoş olmayan bir situasiyadır, axı heykəli Azərbaycanın torpağında ucaldıblar: "Problem həqiqətən də genişdir və mən hesab edirəm ki, mədəniyyət sferasında yeni üçtərəfli razılaşma imzalanmalıdır ki, bu da hansı heykəllərin qalmasını, hansılarının isə yığışdırlmasını, hansılarının isə Azərbaycana geriyə qaytarılmasını müəyyən etməlidir, axı bir çox tarixi və mədəniyyət abidələri hətta xalçalar da daxil Azərbaycanın qərb hissəsindən Ermənistana çıxarılmışdı.Amma Qaregin Njdeyə qoyulan abidə dəqiq olaraq yığışdırılmalıdır. Böyük hesabla onu nəinki Qarabağda, həm də Ermənistanda demontaj etmək lazımdır".
Perenciyev Qarabağdakı erməni millətçilərinə daha sərt və ağır cavabın verilməsinin tərəfdarı olduğunu deyib: "Qarabağdakı erməni millətçilərinin Njdenin abidəsi ətrafında guya "Bura sizə Armavir deyil" tipli bəyanatlarına dəqiq və sadə cavab var: "Bura isə sizə Ermənistan deyl!". Bu ərazi Azərbaycanındır və Azərbaycan qanunlarına riayət etmək lazımdır. Rəsmi Bakı isə hitlerçi kallaborantlara heykəllərin qoyulmasına qarşıdır".
Rövşən RƏSULOV