Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb

8 May 2021 07:49 (UTC+04:00)

Şərqi Qüdsdə İsrail polisləri ilə toqquşamalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb.

SİA-nın "aljazeera.com"a istinadən verdiyi xəbərə görə, əsas toqquşmalar Əl-Əqsa məscidi yaxınlığında baş verib. Polislər məscidə gələnlərə rezin güllələrlə atəş açıblar, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Şərqi Qüdsdəki hadisələrlə əlaqədar Fələstin Prezidenti Mahmud Abbas ölkəsinin BMT-dəki nümayəndəsi Riyad Mansura Təhlükəsizlik Şurasının iclasını çağırmaq təşəbbüsü ilə çıxış etməyi tapşırıb.