Kürdəmirdə Ulu Öndərin doğum günü münasibətilə videokonfrans keçirilib

7 May 2021 18:02 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirilib.

Videokonfransda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, rayon ziyalıları, ağsaqqalları, gənc fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açıb.

O, bildirib ki, bu gün biz böyük fəxrlə deyə bilərik ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı Ulu Öndər Heydər Əliyevin vaxtilə yaratdığı möhkəm, etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur. Zaman göstərdi ki, Ulu Öndərimizin bütün addımları gələcəyə hesablanmış, bu günkü azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Ulu Öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi sovet dövrünə təsadüf edirdi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı.Müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə Azərbaycanı kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi və tanındı. Bu gün bu uğur magistralında bizə Ulu Öndərimizin layiqli davamçısı – Azərbaycan Prezidenti, cənab İlham Əliyev kimi vətənpərvər, islahatçı və çevik lider rəhbərlik edir. 2003-cü ildən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı İlham Əliyev Ulu Öndərimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir. Artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deməyə qadir olan güclü, qüdrətli bir dövlətdir. Cənab Prezidentimiz ötən dövr ərzində Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkənin bütün sahələrində inkişafı üzə çıxarmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir.Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi.

Çıxışçılardan “Heydər Əliyev ana dilimizi qoruyan və yaşadan dahidir” mövzusunda Rayon Təhsil Şöbəsinin müdiri Rəfael Məmmədov, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti ”mövzusunda Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, “Azərbaycan xalqının dünyaya bəxş etdiyi siyasətçi ” mövzusunda YAP rayon təşkilatının Qadınlar Şurasının sədri, şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Sevda Sadıqova, “Heydər Əliyev və gənclər siyasəti mövzusunda YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Karrar kənd tam orta məktəbin direktoru Mais Bayramov, “Heydər Əliyev və Azərbaycanın dünəni, bu günü ” mövzusunda Quşlar kənd ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi Arifə Məmmədova bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi.

Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. 1969-cu ildə keçmiş SSRİ tərkibində ən geridə qalmış respublika kimi daim əzilən Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyev cəmi 13 il ərzində ölkəmizi sənaye dövlətinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Natiqllər bildirmişlər ki, 1993- cü ildə xalqın istəyi ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yaranmış təhlükədən xilas edərək xalqın xilaskarına çevrildi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi Onun özündən sonra siyasi kursunu hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini – cənab İlham Əliyevi yetişdirməsi olmuşdur.

Ulu Öndər Heydər Əliyevin yenilməz siyasi iradə nümayiş etdirdirərək , milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi çıxış edərək öz güclü qolları, düşünülmüş siyasi addımları ilə qoruduğu, inkişaf etdirdiyi və qüdrətli, sarsılmaz bir dövlətə çevirdiyi müstəqil Azərbaycanı bu gün Ümummilli Liderimizin layiqli siyasi varisi , ölkə rəhbəri cənab İlham Əliyev daha da inkişaf etdirərək möhkəmləndirməkdə və bütövləşdirməkdədir. Bu gün cənab Prezidentin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Onlar əminliklə bildirmişlər ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində də öz bəhrəsini verəcəkdir.