“Heydər Əliyev - Müasir Azərbaycanın banisi, gənclərin ilham mənbəyi”

7 May 2021 17:59 (UTC+04:00)

Bu mövzuda YAP Tərtər rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyini qeyd edib

Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibəti ilə YAP Tərtər rayon təşkilatı aparatında "Heydər Əliyev- Müasir Azərbaycanın banisi, gənclərin ilham mənbəyi" mövzusunda tədbir keçirib.

Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarında çalışan gənc YAP üzvləri iştirak ediblər. Tədbir iştirakçıları öncə pandemiya qaydalarını gözləmək şərtilə Ulu Öndərin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə “Heydər Əliyev -müasir Azərbaycanın banisi, gənclərin ilham mənbəyi” mözusunda çıxş edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyümələri üçün daim qayğı göstərməsindən danışaraq, bu gün ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini davamlı olaraq həyata keçirdiyini vurğulayıb.

Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, Tərtər rayon Mərkəzi Xəstəxanasının feldşeri Fuad Xanlarov, Səhləbad kənd tam orta məktəbin müəllimi Aysel Ağazadə, Heydər Əliyev mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə, Umudlu kənd tam orta məktəbin müəllimi Mirvari Ələkbərli çıxış edərək, gənclərimizin Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirmələrindən, onların bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyə doğru addımlamasında ön cərgədə olmaqdan qürur hissi duyduqlarını qeyd ediblər.

Bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

R.KAMALQIZI