1 milyard dollarlıq yarış

7 May 2021 17:28 (UTC+04:00)

Tiger Voods, hazırkı aktiv idman ulduzları arasında ilk milyarder olmağa ən yaxın idmançıdır. Ondan sonra mükafata ən yaxın idmançı isə Ronaldodur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, budur, "ilk milyarder" olmaq üçün yarışan ilk üç idmançı.

- Tiger Voods - illik gəlir 62,3 milyon dollar, cəmi sərvət 800 milyon dollar. 1 milyard dollara çatması üçün təxmini vaxt 3.2 il.

- Kristiano Ronaldo - 105 milyon dollar, cəmi sərvət 500 milyon dollar. 1 milyard dollara çatması üçün təxmini vaxt 4.8 il.

- Roger Federer - illik gəlir 106.3 milyon dollar, cəmi sərvət 450 milyon dollar. 1 milyard dollara çatması üçün təxmini vaxt 5.8 il.

Zərdüşt Quluzadə