"Gələcək nəsillər “Hərbi Qənimətlər Parkı” ilə fəxr edəcəklər" HƏRBİ EKSPERT

7 May 2021 14:42 (UTC+04:00)

“Hərbi Qənimətlər Parkı”nın yaradılması gənc nəslin vətənpərvərlik ruhunun inkişafına çox böyük töhfələr verəcək. Parkın yaradılmasından və ordumuzun parlaq qələbəsindən gələcək nəsil fəxr edəcək. Necə ki, biz tarixi sərkərdələrimizlə, babalarımızla fəxr edirik. Yəni, Şah İsmayılla, Babəklə, Nəbi ilə, Koroğlu ilə, Həzi Aslanovla, Ulu Öndər Heydər Əliyevlə fəxr edirik”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu gün Türk-müsəlman dünyası 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qazanılan parlaq qələbəyə görə, Prezident İlham Əliyevlə və Onun müzəffər ordusu ilə fəxr edir: “Fəxarətdir və bizdən sonrakı nəsil üçün də fəxarətdir. Bu hər birimiz üçün fəxarətdir və qurur mənbəyidir. Necə ki, Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edərəm ki, azərbaycanlıyam” və bundan sonrakı nəsil də qürurla fəxr edəcəklər ki, azərbaycanlıdırlar, Azərbaycan vətəndaşdırlar və bu torpağın övladlarıdırlar. Bu torpağı, onlara əmanət olunan müstəqil, güclü Azərbaycanı daha da güclü edəcəklər”.