Bayram günlərində SƏS TV-də kiçik həcmli videoçarxlar NÜMAYİŞ OLUNACAQ-FOTOLAR

7 May 2021 14:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu milli-mənəvi dəyərlərimizin, bilik və həmrəyliyimizin, ölkəmizdə mövcud olan vəhdət nümunəsinin təbliği, o cümlədən erməni vandalizmi aktlarının daha geniş kütləyə yayılması sahəsində, habelə bu sahədə sosial layihələrin reallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. SİA-nın verdiyi məlumata görə, həmin tədbirlər çərçivəsində Dövlət Komitəsi və Fondun sifarişi ilə kütləvi informasiya vasitələri və sosial medianın imkanlarından istifadə etmək, eləcə də bu sahədə maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə kiçik həcmli videoçarxlar çəkilib. Milli-mənəvi, dini dəyərlərimizin özündə etiva edən sosial videoçarxlar bu ali dəyərlərdən fomalaşan adət-ənənələri.xalqımızın ailə, tolerantlıq dəyərlərini əks etdirir,eyni zamanda, gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyə edilməsinə, Ermənistanın Azərbaycanın dini-mədəni irsinə qarşı törətdiyi cinayətlərin ifşa edilməsinə xidmət edir.

Qeyd edək ki, 6 (altı) ədəd videodisk – “Qarabağ Azərbaycandır”, “Dövlət və Din”, “Şuşa mənəviyyat incisi” “Könüllülər hərəkatı və dini icmalar”, “Din və sosial media”, “Biz birlikdə güclüyük” SƏS İnternet Televiziyasında bayram günlərində mütəmadi olaraq nümayiş etdiriləcək.

Qönçə Quliyeva