Sergey Lavrov İrəvanda və Bakıda – nə baş verir? ANALİTİK+AKTUAL

7 May 2021 13:48 (UTC+04:00)

Rusiyalı politoloq Sergey Markovdan maraqlı və düşündürücü detallar

Məlum olduğu kimi, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun İrəvana səfəri müxalifətçilərin kəskin etirazları fonunda baş tutub. Belə ki, hələ səfərdən də əvvəl onların bir çoxu Lavrovun Ermənistanda persona non qrata elan olunmasını tələb edirdilər. Xüsusilə, Qərbyönümlü Ermənistan milli demokratik qütbünün tərəfdarları öz təbirlərincə Rusiyanın erməni suverenliyinə qarşı istiqamət aldığını iddia edirlər. Lakin bəllidir ki, əslində, söhbət Qarabağda Azərbaycanın zəfəri ilə başa çatan və Ermənistaınn kapitulyasiyanı rəsmən imzalaması ilə nəticəsini tapan Qarabağdakı Vətən müharibəsindən gedir. Əslində isə bu, köhnə erməni xəstəliyidir ki, adətən, onlar öz uğursuzluqlarını, məğlubiyyətlərini özlərində deyil, başqalarında axtarırlar.

Ermənistandakı görüş əsnasında Lavrov Qarabağ mövzusuna da toxunub, ancaq o da məlumdur ki, səfərinin məqsədi yalnız bu səbəb deyil. Əbəs deyil ki, RF XİN-nin rəhbəri faktiki olaraq prosesi siyasiləşdirməməyə, əksinə, regionun rahat nəfəs alması üçün kommunikasiyaların blokadadan çıxarılmasına çağırış edib.

O cümlədən, rus xarici idarəsi rəhbərinin səfərinin əsas məqsədlərindən də biri bioloji təhlükəsizlik memorandumunun imzalanması ilə bağlı olub ki, bu da bilavasitə amerikalıların Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyaları ilə əlaqəlidir. Bəzi məlumatlara görə isə belə laboratoriyaların sayı 8-dir.

Erməni tərəfi, öz növbəsində, bütün gündəmi məhz Qarabağ üzərində qurmağa cəhd edib. Bu məsələyə Rusiyanın tanınmış siyasi-ictimai xadimi, politoloq və Siyasi araşdırmalar institunun direktoru Sergey Markov da toxunub. Belə ki, Sergey Lavrov aksentini yalnız Qarabağ üzərində qurmayıb, erməni tərəfi isə əksinə, hər dəfə və hər dəfə “Qarabağın statusu” məsələsini qaldırmaqla ermənilərin “özünütəyinetmə” sayəsindəki “sərhədləri” haqqında fikirlər bildiriblər və bu, ya da digər məsələləri sözügedən məsələnin tənzimlənməməsi boyunca həlli mümkünlüyünün olmadığını deyiblər. Daha dəqiq desək, bu görüntü Rusiya ilə Ermənistanın fərqli mövzulardan danışıqdları və bir-birlərini eşitməmələri təsirini bağışlayır.

Robert Koçaryan Nikol Paşinyandan az-çox populyardır və onun tərəfdarları Qarabağ məsələsində, eləcə də müharibənin nəticələrinə görə revanşçılığa kökləniblər

SİA xəbər verir ki, caliber az. rusdilli informasiya resurs mərkəzinə müsahibə verən Sergey Markov mövzu ilə bağlı qeyd edib ki, Lavrovun səfəri Ermənistanda növbədənkənar parlament seçkilərinin yaxınlaşması ərəfəsində baş tutub. Moskva isə artıq müəyyənləşdirməlidir: o kimi isə dəstəkləyəcəkmi? Burada iki variant var. SİTAT: “Birincisi – Robert Koçaryan qruplaşmasını dəstəkləmək və s. və i. Lakin problem ondadır ki, Robert Koçaryan Nikol Paşinyandan az-çox populyardır və onun tərəfdarları Qarabağ məsələsində, eləcə də müharibənin nəticələrinə görə revanşçılığa kökləniblər.

İkincisi – Nikol Paşinyandır. Lakin RF Ermənistanın müvəqqəti baş nazir vəzifəsini icra edənin Qərbə münasibətdəki siyasətinə aydınlıq gətirmək istəyir. Rusiya ehtiyat edir ki, bir müddət sonra Nikol Paşinyan seçkilərdə istədiyi nəticəsini əldə edəndən sonra yenidən qərbyönlü siyasətə tərəf dönüş edəcək”.

İrəvan məqamdan istifadə etməklə nəyi isə alver alətinə çevirməyə çalışıb

Politoloq bildirib ki, Moksva Paşinyanın Qərbə tərəf dönməməsi üçün onun yürütdüyü siyasətində bəzi dəyişiklikləri əldə etmək istəyir. Buradan da bioloji təhlükəsizlik memorandumu çıxır ki, ona amerikalılara məxsus biolaboratoriyaları əlavə etmək olar: “Əgər Rusiya neytral mövqe tutarsa, bu zaman həmin məsələ Nikol Paşinyana özünün yüksək populyarlığından və administrativ resurslarından istifadə etməklə qalibiyyət vəd edir. Moskva müəyyən etməlidir. Burada da Sergey Lavrovun İrəvanda apardığı sözügedən danışıqlardakı Rusiyanın mövqeyi əks olunur.

İrəvan məqamdan istifadə etməklə nəyi isə alver alətinə çevirməyə çalışıb. Bəli, biz (yəni Ermənistan) bəyanata (10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il) imza atmışıq, ancaq gəlin yenidən nəyi isə imzalayaq, statusu xatırlayaq, mina xəritələri ilə alver edək. Beləliklə, Rusiyanın Ermənistanda iki gündəm mövzusu olub və belə hallar tez-tez baş verir.

Bir çox şeylər Sergey Lavrovun sərtliyindən də asılı idi. Birinci variant – məsələ əldə olunmuş razılaşmanın reviziyasında deyil, İrəvanın onu necə icra etməsindədir. İkincisi – öz suallarınızı verin baxaq-görək nə demək istəyirsiniz”.

Bakı nədən və niyə narazıdır?

“Rusiya XİN rəhbərinin Bakıya səfərinin gündəminin nədən ibarət olması” sualını da cavablandıran Markov hesab edir ki, burada üçtərəfli razılaşmanın necə irəliləməsi aksenti olacaq: “Bakı onunla razı deyil ki, mina xəritələri təhvil verilmir, həm də İrəvan Qarabağın hansısa “ayrıca” statusundan danışır, eyni zamanda, erməni silahlı dəstələri regiondan çıxarılmır. Və əlbəttə, Azərbaycan ondan da narazıdır ki, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasında irəliləyiş yoxdur, söhbət əsasən Zəngəzur dəhlizindən gedir. “İskəndərlərlə” bağlı məsələ də yaranıb. Bütün bu suallar müzakirələr tələb edir. Moskvanın ortaqlıq missiyası var və ona görə də Rusiya zaman-zaman İrəvanın hansısa mövqelərini çatdıracaq. Lakin Sergey Lavrovun Azərbaycana səfəri hədəf olaraq ikitərəfli münasibətlər, iqtisadi və siyasi əlaqələrlə bağlı götürüləcək”.

Rövşən RƏSULOV