Xəzər dənizində zəlzələ olub

7 May 2021 13:38 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, mayın 7-də yerli vaxtla saat 11:18-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3,0, dərinliyi 61 kilometr olub.