“Ermənistanda məhkəmə işləri dalana dirənir” "JOXOVURD" QƏZETİ

7 May 2021 13:11 (UTC+04:00)

Ermənistanda bir çox məhkəmə işləri “hələ də qalır”, bu işlərin istintaqında irəliləyiş müşahidə olunmayıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.
Qəzetin yazdığına görə, cinayət işlərinin istintaqında dayanmalar yaxınlaşan parlament seçkiləri ilə bağlıdır. Qəzet bu cinayət işlərindən bəzilərinin məhkəməyə təqdim edildiyini, lakin məhkəmə iclaslarının keçirilmədiyini və bu səbəbdən də hökmlərin verilmədiyini öyrənib.
Qeyd olunur ki, xüsusilə, məsələ keçmiş millət vəkili Hrant Qriqoryanın qardaşı, Armavir bölgəsinin Arşaluis kəndinin başçısı ilə əlaqədardır. Hrant Qriqoryan mərhum keçmiş millət vəkili, General Manvel Qrigoryanın qardaşı oğludur.
Həmçinin diqqətə çatdırılır ki, bundan əlavə, keçmiş millət vəkili Murad Muradyanın oğlu Nver Muradyanın işi də bir ildir məhkəmədədir. Ancaq hər dəfə məhkəmə iclasları naməlum səbəblərdən təxirə salınır.
Qəzet yazır ki, belə bir fasilə Milli Məclisə keçiriləcək erkən seçkilərlə bağlıdır. Səlahiyyətlilər cinayət hadisələrini lazımi zamanda istifadə etmək üçün sadəcə, alət olaraq istifadə edirlər.