Arman Tatoyan istefa verməyi düşünür? “Hraparak” qəzeti yazır

7 May 2021 12:58 (UTC+04:00)

Ermənistan Ombudsmanının parlamentdəki çıxışı hökumətyönlü blok millət vəkilinin çoxsaylı tənqidləri ilə qarşılanıb və Ombudsman Arman Tatoyan istefasını artıq çoxdan bəri düşünür. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, ona böyük siyasətlə məşğul olmaq üçün bir sıra təkliflər olunub.

Qəzet, Tatoyanın Milli Məclisdəki dünənki çıxışına və ardından yaşanan hadisələrə də toxunub və qeyd olunur ki, dünən səlahiyyətlilər Ombudsmana qarşı düşmənçiliyin qarşısını ala bilməyiblər.

Qeyd edək ki, Tatoyan, 6 mayda Milli Məclisə işgəncənin qarşısının alınması mexanizmləri və 2020-ci il üçün bir hesabat təqdim edib. İnsan Haqları Müdafiəçisini “media terroruna qoşulmaqda” günahlandıran “Mənim addımım” fraksiyasının deputatı Maria Karapetya onun çıxışından hiddətlənib. Buna cavab olaraq Ombudsman sərt bir nitq söyləyib, hakimiyyət orqanlarını hərəkətsizliyə görə tənqid edib.

“Heç kimə sirr deyil ki, xüsusilə müharibədən sonra İnsan Hüquqları Müdafiəçisi ofisi Ermənistanda fəaliyyət göstərən yeganə quruluş olub və Tatoyanın səlahiyyətlilərin hərəkətsizliyi fonunda gördüyü işlər kifayət qədər nəzərə çarpıb, səlahiyyətləri xeyli artıb. Səlahiyyətlilər bundan narazıdırlar və Tatoyanı açıq şəkildə tənqid edirlər. Dünən ombudsmanın illik hesabatı yarı boş bir salonda müzakirə edilib”, deyə qəzet yazır.

Hraparak, hakim partiyanın millət vəkillərinin iştirak etməməsini də bunun narazılıqların əyani təsdiqi olduğunu da qeyd edib.