Xalq artisti Arif Quliyev dəfn edilir YENİLƏNİB

7 May 2021 12:16 (UTC+04:00)

Arif Quliyev son mənzilə yola salınır. Bu barədə SİA xəbər verir ki, mərhum sənətkarımız xalq artisti Arif Quliyev bu gün Qurd Qapısı qəbirsanlığında dəfn olunacaq.

Xatırladaq ki, sənətkarımız bir müddətdir ki, koronavirus xəstəliyindən əziyyət çəkirdi və "Yeni klinika"da müalicə olunurdu. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin 90 %-i buzlaşmışdı.